Reklam verin!

ISLETMEnin NEONu

HƏR KƏSİN İLKİ VƏ SONU ALLAHADIR

Axtarış

Bölmələr

Arxivlər

Dost bloglar

Sorğu

Eurovisionda kimi qalib görürsünüz




Açar sözlər

Sayqaç

Müxtəlif

eurovision2008

nicat1989
May 17, 2008 13:54

eurovisioneurovisioneurovision2008eurovision2008eurovision2008Bu günkü mövzumuz hamımızın sebirsizle gözlediyi EUROVİSİONdur.Axırki bu il Azerbaycan da bu mohteşem mahnı bayramına qatılacaq ve öz DAY AFTER DAY mahnısıyla qalib gelmeye çalişacaq.Azerbaycan bu müsabiqeye 20.05.2008 tarixinde başlayacaq ve Azerbaycan yarıfinalda 7-ci yarışacaq.Belelikle Çernaqoriyanın çıxışı ile başlayıb Yunanıstanın çııxışı ile sona çatacaq birinci yarifinal gecesinde ölkelerin çıxış ardıcıllığı beledir:

Çernoqoriya
Israil
Estoniya
Moldova
San Marino
Belçika
Azerbaycan
Sloveniya
Norveç
Polşa
İrlandiya
Yunanıstan

İndi ise gelin Azerbaycanı temsil edecek iştirakçılarla yaxından tanış olaq:

ELNUR HÜSEYNOV:1987-ci il martın 3-deTürkmenistanın Aşqabad şeherinde herbçi ailesinde doğulmuşdur. Anası musiqi nezeriyyeçisidir. 1992-ci ilde konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-e daxil olub, fortepiano sinfi üzre tehsil almışdır. 1999-cu ilde Bakıya gelerek, 2000-ci ildeTibb Texnikumunda diş texniki fakultesine daxil olmuşdur. 2001-ci ilde Asef Zeynallı adına Musiqi mektebine daxil olur. Azerbaycan Dövlet Opera ve Balet Teatrında işleyir. 2003-cü ilde“Sing your Song” tele-layihesinde“Qran-pri” mükafatına layiq görülmüşdür. 2004-cü ilde mektebi bitirmişdir.M. Maqomayev adına Azerbaycan Dövlet Filarmoniyasında xor kapellasında, hemçinin kilse xorunda işlemişdir. Sevda Memmedovadan ve Fidan Hacıyevadan ders almışdır. Hal-hazırda Reşad Haşımovdan ders alır.

SAMİR CAVADZADE: 

1980 - cı il aprelin 16 Bakıda doğulmuşdur. Qaradağ rayonunun 233 saylı mektebini bitirmrşdir. 1997 - ci ilde Bakı Biznes Universitetinin beynelxalq iqtisadi elaqeler fakultesine daxil olmuşdur. 1998 - ci ilde Cabbar Qaryağdi oğlunun adına 5 illik musiqi mektebine daxil olmuşdur. 3 il "Şeron" qrupunun solisti olduqdan sonra, öz solo karyerasına başlamışdı.

Davamı...

Şərhlər(0)
15 oxunma
Bölməsiz

DÜNYANIN MƏŞHUR İNSANLARI HAQQINDA

nicat1989
May 16, 2008 17:55


  

Maksimal sayda krossvordu Adrian Bell hazırlayıb. 1930-cu ilin yanvarından 1980-ci ilə qədər o, "Tayms" qəzetinə 4520 krossvord yollayıb.
Roma imperatoru Yuli Sezar başının keçəl olduğunu gizlətmək üçün həmişə dəfnə bitkisindən çələng taxıb.
XIX əsrin tanınmış buğa döyüşçüsü Laqarico 4867 buğa öldürüb.
Yer kürəsində hazırda yaşı yüzdən yuxarı olan 100 min insan yaşayır.
ABŞ prezidentləri arasında ən alçaqboylu Ceyms Medison (162 sm) olub. Ən ucaboylu isə boyu 193 sm olan Avraam Linkoln olub.
Tomas Edisonun 5000 nümunədən ibarət quş kolleksiyası olub.
Kraliça Viktoriyanın toyuna gətirilən hədiyyələrdən biri çəkisi 500 kiloqram, diametri 3 metr olan pendir olub.
Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 3 yaşına qədər bir kəlmə danışmayıb. Amma 12 yaşında artıq Evklid həndəsəsini bilirdi.
Hanibal eramızdan əvvəl 183-cü ildə romalıların onu öldürmək üçün gəldiyini öyrəndikdə zəhər içərək özünə qəsd edib.
Musiqi bəstələməzdən əvvəl Bethoven başına bir vedrə soyuq su tökərmiş. O inanırdı ki, soyuq su beynin işini stimullaşdırır.
Napoleonun çoxsaylı piyalələrindən biri tanınmış italiyalı fırıldaqçı Kaliostronun kəllə sümüyündən hazırlanmışdı.
Uinston Çerçillin ana tərəfdən əcdadı qırmızıdərili hindular olub.
Volfqanq Amadey Mosart 3 yaşından musiqi bəstələyib.
Məşhur Volterin meyidi XIX əsrdə qəbirdən oğurlanıb. Bu barədə yalnız 1864-cü ildə xəbər tutulub.
Uilyam Şekspirin nəslindən bir nümayəndə də qalmayıb. Amerika prezidenti Bencamin Franklin Amerikanın milli quşunun hind toyuğu olması barədə fikri müdafiə edib.
Qalileo Qaliley vaxtı ölçmək üçün kəfkirdən istifadə etməyi təklif edən ilk insan olub.
1824-cü ildə şotlandiyalı Makintoş su keçirməyən plaş hazırlayan ilk insan olub.
Anna Burqundiyalı - dünyada ilk qadındır ki, nişan günündə ona brilyant üzük bağışlanıb. Bu üzüyü alman kralı Maksimilyan edib.
Şerlok Holms haqqında hekayənin müəllifi Artur Konan Doyl ixtisasca oftalmoloq (göz xəstəlikləri mütəxəssisi-red.) olub.


Şərhlər(0)
31 oxunma
Bölməsiz


  Yazılar cəmi: 2   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com